Rusiyada helikopter sərt eniş edib, xəsarət alanlar var
29 İyun 2022 23:47 DünyaRusiya Federasiyasının Yakutiya bölgəsində Mi-8 helikopteri sərt eniş edib.
Olaylar.az xəbər verir ki, bu barədə "İnterfaks"a ölkənin Fövqəladə Hallar Nazirliyindən bildiriblər.
Məlumata əsasən, helikopterin göyərtəsində 3-ü heyət üzvü olmaqla 23 nəfər olub.
Sərt eniş nəticəsində 5 nəfərin xəsarət aldığı bildirilir.
Hadisə yerinə xilasedicilər cəlb edilib. İnsidentlə bağlı cinayət işi açılıb.
trend
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31