Bir həftə ərzində koronavirusa yoluxma hallarının sayı 18 faiz artıb - Ümumdünya Səhiyyə Təşkilatı
29 İyun 2022 22:42 DünyaSon bir həftə ərzində dünyada 4,18 milyondan çox insan koronavirus infeksiyasına yoluxub, 8,5 mindən artıq insan isə koronavirusdan ölüb.
Olaylar.az bildirir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) həftəlik bülletenində deyilir.
Məlumata əsasən, daha öncəki həftə ilə müqayisədə yoluxma hallarının sayı 18 faiz, ölüm hallarının sayı isə 3 faiz artıb.
"İyunun 13-dən 19-dək koronavirusa 4 182 217 nəfər yoluxub, 8 552 nəfər isə koronavirusdan ölüb. Bir öncəki həftə ilə müqayisədə yoluxma hallarının sayı 18 faiz, ölüm hallarının sayı isə 3 faiz artıb", - deyə bülletendə bildirilir.
Qeyd edək ki, iyunun 29-u üçün koronavirusa yoluxanların sayı 542 188 789 nəfərə, ölənlərin sayı isə 6 329 275 nəfərə çatıb.
trend
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31