Mariupol müdafiəçiləri Ukraynaya qaytarıldı - FOTO
29 İyun 2022 21:22 DünyaUkrayna ilə Rusiya arasında çoxsaylı əsir mübadiləsi baş tutub.
Olaylar.az sfera-ya istinadən xəbər verir ki, mübadilə nəticəsində 140-dan çox ukraynalı hərbçi vətənə qayıdıb. Xüsusilə də, Mariupolun müdafiəçiləri azad edilib.
Bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi məlumat yayıb.
Bildirilb ki, azad edilən 144 nəfərdən 95-i "Azovstal"ın müdafiəçisidir. Onların arasında Azov alayının 43 hərbçisi də var.
Əsirlikdən azad edilən Ukrayna hərbçilərinin əksəriyyətinin ağır yaralı olduğu qeyd edilir. Hazırda onlara lazımi tibbi yardım göstərilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31