“Finlandiya və İsveç NATO-nu daha güclü və təhlükəsiz edəcək” - NATO-dan BƏYANAT
29 İyun 2022 20:02 DünyaOlaylar.az bildirir ki, NATO İsveç və Finlandiyanı öz sıralarına rəsmən dəvət edib.
Madrid sammiti çərçivəsində NATO-ya üzv ölkələr İsveç və Finlandiyanı aliyansa dəvət etmək barədə rəsmi razılığa gəliblər.
Bu barədə NATO-nun yaydığı xüsusi məlumatda bildirilir.
"Finlandiya və İsveçin qoşulması onları daha təhlükəsiz, NATO-nu daha güclü və Avro-Atlantik məkanı daha təhlükəsiz edəcək", - deyə bəyanatda bildirilir.
azpost
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31