Kartına səhvən 165 milyon yüklədilər, pulu götürüb ARADAN ÇIXDI
29 İyun 2022 19:15 DünyaÇilidə "Cial" ət şirkətinin əməkdaşına təsadüfən bir dəfəyə əmək haqqının 286 misli ödənilib.
Olaylar.az oxu.az-a istinadən xəbər verir ki, o, 500 min əvəzinə 165 milyon pesodan çox alıb.
Həmin şəxs səhvi rəhbərliyə bildirib. Ondan əlavə pulu qaytarmağı tələb ediblər. İşçi razılaşaraq ertəsi gün banka gedəcəyini vəd edib. Amma nə banka, nə də işə gəlməyib.
Çilili məsafədən işdən çıxmaq haqqında arayış göndərərək yoxa çıxıb. Onun harada olduğu bilinmir. Şirkət həmin şəxsi pulu mənimsədiyinə görə məhkəməyə verəcəyini bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31