Təmiz suya çıxış qlobal problemdir - BMT rəsmisi

BMT və Azərbaycan su ehtiyatlarının idarə olunması sahəsində əməkdaşlıq etməlidir.

Olaylar.az xəbər verir ki, bunu BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva Zəngilanın Ağalı kəndində "Su ehtiyatlarının davamlı idarə edilməsində tərəfdaşlığın və fəaliyyətin təşviq edilməsi" mövzusunda beynəlxalq konfrans zamanı deyib.

"Bu gün təmiz suya çıxış qlobal problemdir. BMT su ehtiyatlarının idarə olunması və dayanıqlı inkişaf sahəsində hədəflərə nail olmda Azərbaycana köməyini davam etdirəcək", - deyə V.Andreyeva bildirib.

Onun sözlərinə görə, Azərbaycanda iqlim dəyişiklikləri və ölkəyə su ehtiyatlarının 70 faizinin digər ölkələrdən daxil olması ilə əlaqədar bu məsələ daha ciddi görünür.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31