Kolumbiya həbsxanasında yanğın: Onlarla ölü və yaralı var - FOTO
29 İyun 2022 15:12 DünyaKolumbiyanın Tulua həbsxanasında baş verən iğtişaş və yanğında 52 məhbus həyatını itirib, 30 nəfər yaralanıb.
Yanğın 180 nəfərin olduğu 8-ci palatada məhbusların döşəkləri yandırması zamanı baş verib.
Polis və yanğınsöndürənlərin yanğına müdaxilə edib. Ətrafda geniş təhlükəsizlik tədbirləri görülüb.
Kolumbiya Prezidenti İvan Duke "Twitter" hesabında baş verənlərə görə məyus olduğunu bildirib.
Faktla bağlı araşdırma başlanıb.
TRT Haber
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31