Rusiya ukraynalı əsirləri dəyişdirməyəcək
29 İyun 2022 14:06 DünyaRusiya ukraynalı hərbi əsirləri mübadilə etməmək qərarına gəldiyini bildirib.
Olaylar.az xəbər verir ki, bu barədə Rusiya Federasiyası İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin açıqlama verib.
"Onları verməmək qərarına gəldik, lazımi məqamda razılaşdıq. Əks halda düşünürdülər ki, "təslim olacağıq və ailələrimizə geri dönəcəyik". Yox, müvəqqəti saxlama təcridxanalarına, istintaq təcridxanalarına gedəcəklər", - deyə o bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31