Bu ölkədə internet məhdudiyyətləri tətbiq edildi

Olaylar.az xəbər verir ki, Hindistanın Racastan əyalətində hindu dərzisinin öldürülməsindən sonra ölkə daxilində internetə çıxış məhdudlaşdırılıb.

BBC-nin xəbərinə görə, Racastan əyalətinin Udaipur şəhərində iki müsəlman həddindən artıq millətçi olduğu iddia edilən hindli dərzi Kanhaiya Lal-ı öldürdükləri görüntülərini sosial mediada paylaşıblar.

Şübhəlilər iddia ediblər ki, öldürülən dərzi İslam dinini və Məhəmməd peyğəmbəri təhqir edən hakim BJP-nin keçmiş sözçüsü Nupur Şarmanı dəstəkləyən şərhlər verib.

Hadisələrdən bir gün sonra hökumət internetə girişi məhdudlaşdırıb və insanların bir yerə toplaşmasını qadağan edib.

Polis, paylaşılan görüntülərdən təsbit edilən iki nəfərin nəzarətə alındığını bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31