Zelenski Putinin səhhəti ilə bağlı şayiələrə fikir bildirdi: “O, həqiqətən xəstədir”
29 İyun 2022 13:27 Dünya"Rusiya Federasiyasının Prezidenti Vladimir Putin həqiqətən xəstədir, lakin onun xəstəliyi haqqında məlumat yayılan xəstəlikdən bir qədər daha mürəkkəbdir".
Olaylar.az xəbər verir ki, bunu Amerikanın NBC telekanalına müsahibəsində Ukrayna prezidenti Vladimir Zelenski deyib.
O, Putinin ukraynalılara münasibətini xəstəlik adlandırıb.
"Vladimir Putinə nə olduğunu bilmirəm. Düşünürəm ki, onun böyük xəstəliyi var. Amma bu, sizin dediyiniz xəstəlikdən daha mürəkkəbdir, torpaq xəstəliyidir", - deyə prezident bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31