BMT dünya dövlətlərinə müraciət edib

Birləşmiş Millətlər Təşkilatı iyunun 22-də baş vermiş güclü zəlzələdən zərər çəkmiş əfqanıstanlılara dəstək üçün donorlardan 110 milyon dollar istəyir.

Olaylar.az bu barədə News.un.org-a istinadən xəbər verir.

"Yeni müraciət Əfqanıstan üçün bu il 4,4 milyard dollar vəsaitin ayrılmasını nəzərdə tutan humanitar cavab planının prioritet hissəsidir. Təəssüf ki, plan yalnız 34% maliyyələşdirilib", - BMT-nin bəyanatında deyilir.
Tələb olunan vəsait Əfqanıstanda 362 000 insana təcili yardım üçün nəzərdə tutulub.
Qeyd edək ki, Əfqanıstanda 6,1 bal gücündə zəlzələ nəticəsində 1,5 min nəfər ölüb, iki minə yaxın insan yaralanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31