Ukraynalı əsgərlərin atəşi nəticəsində Nova Kaxovkada iki yaşayış binası yanıb

Ukrayna Silahlı Qüvvələrinin Xerson vilayətində Novaya Kaxovkaya raket hücumu nəticəsində iki yaşayış binası tamamilə yanıb, inzibati bina və kommunikasiyalara ziyan dəyib. 

Olaylar.az xəbər verir ki, bu barədə Kaxovka rayonunun Hərbi-Mülki Administrasiyasının (HMİ) rəhbəri Vladimir Leontyev məlumat verib.
"Yanğın tamamilə söndürülüb. İki evdən biri tamamilə yandı. Ailələri yerləşdirdikdən sonra ikinci ev də yandı. Aidiyyatı qurumlar gecə saatlarında yanğını söndürdü və indi elektrik şəbəkələrinin, qaz kəmərlərinin və internetin, rabitənin bərpası ilə məşğuldurlar" - deyə Leontyev TASS-a açıqlamasında bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31