Seneqalda gəmidə güclü yanğın: 14 miqrant həyatını itirib

Seneqalda ən azı 14 miqrant gəmidə baş verən yanğın nəticəsində həlak olub.

Məlumatı Seneqalın Kafutin şəhərinin meri də təsdiq edib.

Onun sözlərinə görə, indiyədək 14 nəfərin meyiti tapılıb, lakin onların sayının arta biləcəyi ehtimalı var.

Hadisə nəticəsində 21 nəfər xəsarət alıb.

Agence France-Presse

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31