Nikolayevdə yaşayış binası raketlə vurulub
29 İyun 2022 10:46 DünyaBu gün səhər saatlarında Ukraynanın Nikolayev şəhəri raket atəşinə məruz qalıb. Nəticədə raketlərdən biri mülki əhalinin olduğu yaşayış binasına düşüb.
Olaylar.az xəbər verir ki, bu barədə şəhərin meri Aleksandr Senkeviç məlumat verib.
"Səhər saatlarında Nikolayevdə güclü partlayışlar eşidilib. Artıq xilasedicilər və həkimlər əraziyə yola düşüblər", - deyə Nikolayevin meri vurğulayıb.
Qeyd edək ki, mer hamıdan sığınacaqlarda qalmağı və hava hücumu xəbərdarlığı bitənə qədər çölə çıxmamağı xahiş edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31