Kadırov "Stomatologiyaya xidmətə görə" ordeni ilə təltif edildi

Çeçenistanın başçısı Ramzan Kadırov "Stomatologiyaya xidmətə görə" ordeninin I dərəcəsi ilə təltif edilib.

Olaylar.az publika.az-a istinadən xəbər verir ki, bu barədə respublika başçısı özünün "VKontakte" sosial şəbəkəsindəki səhifəsində bildirib.

O qeyd edib ki, iyunun 27-də Qroznı 1 saylı stomatoloji klinikasının açılış mərasimində iştirak edib.

Çeçenistan rəhbəri Respublika Stomatoloji Klinikasının baş həkimi Yunus Umarovu Axmat Kadırov ordeni ilə təltif edib.

Bundan əlavə, Kadırov Respublika Stomatoloji Poliklinikasının rentgen - laborantı Rovzan Əlcəriyevaya təşəkkür məktubu təqdim edib.

"Tədbir zamanı Çeçenistan Respublikasının stomatoloji xidmətinin inkişafına verdiyim töhfəyə görə məni Rusiya Stomatoloji Assosiasiyasının "Stomatologiyada xidmətlərinə görə" ordeninin I dərəcəsi ilə təltif etdilər", - deyə Kadırov bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31