Daha bir ölkədə meymunçiçəyi virusuna yoluxma AŞKARLANDI
28 İyun 2022 21:56 DünyaEstoniyada ilk meymunçiçəyi xəstəliyinə yoluxma halı aşkarlanıb.
Olaylar.az xəbər verir ki, bBu barədə Səhiyyə Departamenti məlumat yayıb.Bildirilib ki, xəstə orta yaşlı kişidir və o, xaricdə xəstəliyə yoluxub.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, hazırda 48 ölkədə 3,2 min meymunçiçəyinə yoluxma hadisəsi var. Bir xəstə dünyasını dəyişib.
Avropa İttifaqı meymunçiçəyinə qarşı ilk peyvəndləri alıb.
Meymunçiçəyi 1980-ci ildə rəsmən məhv edildiyi elan edilmiş çiçək xəstəliyinə bənzəyir. Yoluxmuş insanların əksəriyyəti bir neçə həftə ərzində sağalır, lakin bəzən ağırlaşmalar ölümcül ola bilər.
sfera
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31