"Məsələnin Ukrayna ilə məhdudlaşması üçün hər şeyi edirik” - Conson

Olaylar.az bildirir ki, Böyük Britaniyanın Baş naziri Conson Rusiya ilə NATO arasında birbaşa toqquşmanın mümkün olmadığını deyib.

O hesab edir ki, NATO ilə Rusiya arasında gərgin münasibətlər birbaşa toqquşmaya çevrilməyəcək.

"Düşünürəm ki, bu həddə çatmayacaq. Təbii ki, biz məsələnin Ukrayna ilə məhdudlaşması üçün hər şeyi edirik", - deyə o, çərşənbə axşamı jurnalistlərə bildirib. Brifinq Britaniyanın "Sky News" telekanalı tərəfindən yayımlanıb.

Eyni zamanda siyasətçi Moskvadan getdikcə artdığı iddia edilən təhlükəyə cavab verilməsinin vacibliyinə də diqqət çəkib.

oxu.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31