“NATO qarşıdurma məqsədi ilə yaradılan aqressiv blokdur”- PESKOV
28 İyun 2022 16:10 Dünya"NATO qarşıdurma məqsədi ilə yaradılıb və bunu nümayiş etdirməkdə davam edir".
Olaylar.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov alyansın çevik reaksiya qüvvələrinin sayını artırmaq planlarını şərh edərkən deyib.
Onun fikrincə, NATO kifayət qədər aqressiv blokdur.
Peskov əlavə edib ki, Rusiya Müdafiə Nazirliyi NATO planları fonunda qərb sərhədlərinin uyğun şəkildə gücləndirilməyə hazırlaşır.
Azpost.info
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31