Novorossiyskdə fövqəladə vəziyyət elan edilib

Qara dənizin Semes buxtasında İkinci Dünya müharibəsi dövrünə aid fuqasın aşkarlanması səbəbindən Novorossiyskdə fövqəladə vəziyyət elan edilib.
Olaylar.az İzvestiya-ya istinadən xəbər verir ki, Semes buxtasının dibində aşkar edilmiş və 8,8 kq çəkiyə malik fuqasın açıq dənizdə daşınması məqsədəuyğun heab edilmədiyindən yerində məhv edilməsi qərara alınıb. 

Gəmilərin fövqəladə vəziyyət elan edilmiş zonaya girişi qadağan edilib. Novorossiysk sakinləri çimərliklərdən istifadə qadağası ilə bağlı məlumatlandırılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31