Rusiyanın 11 hava limanında uçuş məhdudiyyətləri iyulun 6-dək uzadılıb
28 İyun 2022 12:16 DünyaRusiyanın 11 hava limanında uçuşların müvəqqəti məhdudlaşdırılması rejimi iyulun 6-sınadək uzadılıb. Olaylar.az xəbər verir ki, bu barədə Federal Hava Nəqliyyatı Agentliyinin saytında məlumat verilib. Qeyd edək ki, məhdudiyyətlər Anapa, Belqorod, Bryansk, Voronej, Gelendjik, Krasnodar, Kursk, Lipetsk, Rostov-na-Donu, Elista və Simferopol hava limanları üçün uzadılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31