Roma Papasından analara tövsiyə: “Oğullarınızın köynəyini ütüləməyin”

Katoliklərin ruhani lideri Papa Fransisk qəribə tövsiyələri ilə gündəm olub.

Roma Papası 10-cu Ümumdünya Ailə Yığıncağında övladlarını evləndirmək istəyən analarla bağlı danışıb. O, 30 yaşlarında subay oğulları olan valideynlərin onun yanına gəldiyini və uşaqları ilə söhbət etməsini istədiklərini deyib:

"Ailə qurmağa cəsarəti çatmayan gənc oğlanlar görürük. Analar mənə "bir şey et" deyirlər. Mən də onlara deyirəm ki, oğlunuzun köynəyini ütüləməyin, icazə verin, yuvadan çıxsınlar".

Papanın bu çıxışı sosial mediada müzakirə obyektinə çevrilib. Əksəriyyət isə onun fikirlərini dəstəkləyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31