Ukraynada dinc sakinlər atəşə tutulub

Ukraynanın Luqansk vilayətinin Lisiçansk şəhərinin dinc sakinlərinin Rusiya hərbçiləri tərəfindən atəşə tutması nəticəsində 8 nəfər həlak olub, 20-dən çox insan yaralanıb.
Olaylar.az xəbər verir ki, bu barədə vilayət hərbi administrasiyasının rəhbəri Sergey Qayday bildirib.
"Bu gün Lisiçanskda dinc əhali tankerdən su yığarkən Rusiya hərbçiləri izdihamı "Uraqan" reaktiv yaylım atəşi sistemləri ilə atəşə tutublar. Nəticədə 8 nəfər ölüb, 21 nəfər yaralanıb. Yaralılar xəstəxanaya aparılıb", - o feysbukdakı hesabında yazıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31