İordaniyada zəhərli qaz sızması nəticəsində 10 nəfər ölüb, yüzlərlə yaralı var

İordaniyanın Aqaba limanında zəhərli qaz sızması nəticəsində 10 nəfər ölüb, azı 250 nəfər yaralanıb.

Olaylar.az trend-ə istinadən xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanlarına istinadən "Əl-Mamlaka" telekanalı məlumat yayıb.

Qeyd olunur ki, hadisə zəhərli qazla dolu çənin daşınması zamanı trosun qırılması səbəbindən baş verib. Nəticədə içindəki maddə sürətlə ətrafa yayılıb.

Daha sonra yerli qurumların yaydığı məlumata görə, çəndə maye xlor olub.

Hadisə yerində mülki müdafiə mütəxəssisləri işləyir. Yaralılar xəstəxanaya çatdırılıb. Onların təxliyyəsinə aviasiya cəlb olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31