"Türkiyənin terrorla mübarizə sahəsində narahatlığına çox ciddi yanaşırıq" - Ann Linde

İsveç Türkiyənin terrorla mübarizə sahəsində narahatlığına çox ciddi yanaşır.

Olaylar.az xəbər verir ki, bunu İsveçin xarici işlər naziri Ann Linde "SVT" dövlət televiziyasının efirində bildirib.

Nazir sabah Madriddə başlayacaq NATO sammiti çərçivəsində danışıqların müsbət olacağına ümid etdiyini bildirib.

"Bəzi məsələlərə baxışımız fərqlidir. Buna rəğmən, biz bir-birimizin mövqeyinə hörmət edərək kompromis tapa bilərik. Biz Türkiyənin terrorla mübarizə sahəsində narahatlığına çox ciddi yanaşırıq", - Ann Linde qeyd edib.

Onun sözlərinə görə, İsveç PKK terror qruplaşmasına qarşı Türkiyənin mövqeyini bölüşür.

trend

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31