Ukraynada ticarət mərkəzində yaralanan və ölənlərin sayı açıqlandı

Rusiyanın Ukraynanın Kremençuk şəhərindəki ticarət mərkəzinə raket zərbəsi nəticəsində ən azı 20 nəfər xəsarət alıb. 

Olaylar.az bildirir ki, bu barədə Ukrayna Prezidentinin Ofisinin rəhbərinin müavini Kirill Timoşenko məlumat verib.

"Bu dəqiqəyə olan məlumata görə, 20 nəfər yaralı var. Onlardan 9 nəfəri ağır yaralanıb. Artıq 2 nəfərin həlak olduğu təsdiqlənib"-deyə o yazıb.

Timoşenko xilasetmə əməliyyatının davam etdiyini bildirib.

azpost

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31