Putin G20 Zirvə görüşünə dəvəti qəbul edib
27 İyun 2022 19:35 DünyaRusiya prezidenti Vladimir Putin indoneziyalı həmkarı Coko Vidodonun noyabrın 15-16-da Balidə keçiriləcək G20 Zirvə görüşünə dəvətini qəbul edib.
Olaylar.az trend-ə istinadla xəbər verir ki, bu barədə bazar ertəsi dövlət başçısının köməkçisi Yuri Uşakov bildirib.
Onun sözlərinə görə, görüş videoformatda deyil, əyani şəkildə keçiriləcək.
"Bizə əyani formatda iştirak üçün dəvət gəlib. Hələ vaxt var. Ümid edirəm ki, pandemiya bu tədbirin əyani şəkildə keçirilməsinə imkan verəcək", - Uşakov qeyd edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31