Ukraynadakı müharibəni idarə etmək ona tapşırıldı - FOTO

Ukraynada davam edən müharibəyə Rusiya Silahlı Qüvvələrinin Baş Hərbi-Siyasi İdarəsinin rəisi, general-polkovnik Gennadi Jidko rəhbərlik edir.

Olaylar.az sfera.az-a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutu (ISW) məlumat yayıb.

Bildirilir ki, Rusiyanın müstəqil Ukrayna ərazisinə genişmiqyaslı hərbi müdaxiləsinin beşinci ayında müharibənin aparılmasına Cənub Hərbi Dairəsinin komandiri, ordu generalı Aleksandr Dvornikovun əvəzinə general-polkovnik Gennadi Jidko rəhbərlik edir.

Bundan əlavə, ISW-in məlumatına görə, Kreml Ukraynada müharibəni tam səfərbərlik olmadan davam etdirmək məqsədilə "gizli səfərbərlik" həyata keçirmək üçün Rusiya qanunları ilə manipulyasiya etməyə davam edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31