İlon Mask bunu ABŞ üçün böyük təhlükə adlandırdı
27 İyun 2022 15:10 Dünya"Tesla" və "SpaceX"in rəhbəri İlon Mask son açıqlamaları ilə gündəmə gəlib.
Olaylar.az bildirir ki, iş adamı aşağı doğum nisbətləri ilə əlaqədar körpələrin sayının artırılmalı olduğunu deyib. Onun sözlərinə görə, sözügedən nisbət ildən-ilə azalır və Yaponiyada durumun daha acınacaqlıdır. Mask, mövcud vəziyyətin davam edəcəyi təqdirdə ABŞ-ın Yaponiya ilə eyni aqibəti paylaşacağını bildirib.
Keçən il Yaponiya əhalisinin 600 min nəfər azaldığını vurğulayan iş adamı fikirlərini bu cür davam etdirib: "Mən həmişə uşaq olmasının tərəfdarı olmuşam. İndiki tendensiya isə yaxşı deyil. İnsanların sayı azalır. Yaponiya bariz nümunədir".
sfera
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31