Türkiyədə sel suları Kastamonu şəhərinə ciddi ziyan vurdu - VİDEO
27 İyun 2022 14:09 DünyaOlaylar.az oxu.az-a istinadən bildirir ki, Türkiyənin bir sıra vilayətlərində davam edən sel fəlakəti Kastamonu vilayətinə də ciddi zərər vurub.
Vilayətin mərkəzi olan Kastamonu şəhərində yaşanan sel fəlakətini yerli sakinlər telefonlarına çəkərək sosial şəbəkələrdə paylaşıblar.
Qeyd olunur ki, sel suları Kastamonu şəhərinin avtomobil yollarının xeyli hissəsi sıradan çıxarıb, körpülər yararsız hala düşüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31