"Türkiyənin bu sammitdə iştirakı mövqeyimizdən döndüyümüz anlamına gəlmir" - Kalın
27 İyun 2022 10:19 DünyaNATO sammitindən əvvəl iyunun 28-də İspaniyanın paytaxtı Madriddə Türkiyə, Finlandiya, İsveç və Şimali Atlantika Alyansı arasında sammit keçiriləcək.
Olaylar.az Trend-ə istinadən bildirir ki, bunu Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın Habertürk telekanalının efirində deyib.
"Çərşənbə axşamı NATO baş katibinin xahişi ilə prezidentimizin iştirakı ilə Madriddə Türkiyə, NATO, İsveç və Finlandiyanın sammiti keçiriləcək. Görüş NATO sammitinin açılışından öncə baş tutacaq. Türkiyənin bu sammitdə iştirakı bizim mövqeyimizdən döndüyümüz anlamına gəlmir", - deyə İ.Kalın bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31