ÜST-dən meymunçiçəyi ilə bağlı gözlənilən açıqlama verildi
26 İyun 2022 13:30 DünyaÜmumdünya Səhiyyə Təşkilatının (ÜST) "meymunçiçəyi" ilə mübarizə komitəsi belə nəticəyə gəlib ki, xəstəliyin yayılma miqyası hal-hazırda ictimai səhiyyədə beynəlxalq narahatlıq doğuran fövqəladə hal deyil.
Olaylar.az Trend-ə istinadən xəbər verir ki, bu barədə komitənin iclasının yekunları üzrə dərc olunmuş məlumatda deyilir.
"Bir neçə komitə üzvü fərqli fikirlər söyləsə də, komitə konsensus olaraq ÜST-nin Baş direktoruna xəstəliyin yayılmasının hazırkı mərhələdə ictimai səhiyyədə beynəlxalq narahatlıq doğuran fövqəladə hal kimi xarakterizə edilməməsini tövsiyə etmək qərarına gəldi", - sənəddə bildirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31