Pakistanda 4 terrorçu zərərsizləşdirildi

Pakistanın təhlükəsizlik qüvvələri Şimali Vəziristan dairəsində 4 terrorçunu zərərsizləşdirib.

Bu barədə ölkənin Müdafiə Nazirliyinin ictimaiyyətlə əlaqələr üzrə qurumlararası xidmətindən bildirilib.

Məlumata əsasən, silahlılar Pakistan xüsusi təyinatlılarının dairənin mərkəzi hissəsində yerləşən Dossali rayonunda keçirdiyi antiterror əməliyyatı zamanı məhv edilib.
Toqquşma yerindən silah və sursat götürülüb.

geo.tv

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31