“Almaniya Ukraynaya 1 milyard avro vəsait təqdim edəcək” - Almaniya Maliyyə Nazirliyi
25 İyun 2022 22:46 DünyaAlmaniya hökuməti Ukraynaya əlavə olaraq 1 milyard avro dəyərində maliyyə yardımı ayırıb.
Olaylar.az bildirir ki, bu barədə Almaniyanın Maliyyə Nazirliyi məlumat yayıb.
"Almaniya Ukraynaya hərbi vəziyyət dövründə prioritet sosial və humanitar xərclərin maliyyələşdirilməsi üçün qrant şəklində 1 milyard avro vəsait təqdim edəcək", - deyə Maliyyə Nazirliyinin yaydığı məlumatda qeyd olunur.
Qeyd edək ki, Ukrayna müharibə başlayan dönəmdən Almaniyadan 300 milyon avro dəyərində uzunmüddətli güzəştli kreditlər alıb.
oxu.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31