Ukraynanın bu şəhəri Rusiya hərbçilərinin əlinə keçdi
25 İyun 2022 20:53 DünyaRusiya hərbçiləri Ukraynanın Severodonetsk şəhərini tamamilə nəzarət altına alıblar.
Olaylar.az milli.az-a istinadən bildirir ki, bu barədə Severodonetsk şəhər hərbi-mülki administrasiyasının rəhbəri Aleksandr Stryuk bildirib. "Şəhər artıq tamamilə Rusiyanın nəzarəti altındadır, artıq komendant da təyin edilib. Severodonetsk o qədər dağıdılıb ki, insanların bu vəziyyətin öhdəsindən gəlməsi çətin olacaq. Ümid edək ki, şəhər yenidən Ukraynanın nəzarətinə keçəcək", - Stryuk deyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31