Kiyevdə bir həftəlik komendant saatı tətbiq edilir
25 İyun 2022 20:07 DünyaUkraynanın Kiyev vilayətində hər gün saat 23:00-dan səhər saat 05:00-dək komendant saatı qüvvədə olacaq.
Olaylar.az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə Kiyev Regional Dövlət Administrasiyası məlumat yayıb.
Bildirilir ki, komendant saatı küçədə olmağı, digər ictimai yerlərə getməyi, yaşayış məntəqələri ətrafında nəqliyyatla və ya piyada hərəkət etməyi qadağan edir.
Lakin bu tədbirin səbəbləri açıqlanmır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31