“Çəkindirici bir cəza, ucu hara gedib çıxır, edama?" - Rəcəb Tayyib Ərdoğan

Meşələri qəsdən yandıranların cəzasının artırılması üçün işlərə başlamışıq.

Olaylar.az xəbər verir ki, bunu Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ deyib.

Prezident Rəcəb Tayyib Ərdoğan bundan əvvəl meşələri qəsdən yandıranlara verilən cəzanın artırılmasının lazım olduğunu bildirib.

"Çəkindirici bir cəza. Ucu hara gedib çıxır, edama? Edam edilməlidir. Sultan Fateh nə deyir? Deyir, meşələrimdə bir ağac kəsənin boynunu vuraram. Bu iş o qədər vacibdir. Sadəcə meşə? Bütün həşəratlar və heyvanlar bu meşələrlə birlikdə yanır", - Türkiyə lideri söyləyib.

teleqraf.com

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31