Antalyada fırtına: İki turist xəstəxanalıq oldu - VİDEO

Antalyanın Kəmər rayonunda güclü yağış və fırtına ilə qısamüddətli tornado baş verib.

Olaylar.az xəbər verir ki, bu zaman otelin qırmızı girişinin metal eyvanı yoldan keçən iki nəfərə çırpılıb. Fırtınanın şiddətinin artması ilə yellənməyə başlayan örtük həmin vaxt əl-ələ verib küçəni keçirdi turist cütlüyünə  dəyib. 

Çırpılmanın şiddətindən ayaqları yerdən üzülən turistə yaxınlıqdakı vətəndaşlar kömək edib.

Ağır xəsarətlər alan Almaniya əsilli turistlər təcili yardımla xəstəxanaya yerləşdiriliblər.

Yaşanan o anlar isə telefonun kamerasına düşüb. 

sfera

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00