“Ukraynalıları pis sülhə sövq, bəlkə də məcbur edəcək””- CONSON

"Rusiyanın Ukraynadakı əməliyyatının iqtisadi nəticələrinə görə Kiyevin Moskva ilə maraqlarına uyğun olmayan sülh sazişi bağlamağa məcbur olacağından ehtiyat edirəm".

Olaylar.az xəbər verir ki, bunu Britaniyanın baş naziri Boris Conson deyib.

"Həddindən artıq çox ölkə deyir ki, bu, lazım olmayan bir Avropa müharibəsidir. Buna görə də təzyiq artacaq və ukraynalıları pis sülhə sövq, bəlkə də məcbur edəcək", - Conson bildirib.

Baş nazir hesab edir ki, Rusiyanın münaqişədə qələbəsi beynəlxalq təhlükəsizliyə təhlükə yaradacaq və uzunmüddətli iqtisadi fəlakətə gətirib çıxaracaq.

azpost

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31