Ermənistanda hərbçilər qəzaya düşdü - Ölən və yaralananlar var
25 İyun 2022 11:31 DünyaErmənistanın Sünik (Qərbi Zəngəzur) bölgəsində hərbçiləri daşıyan "KamAZ" markalı avtomobil qəzaya düşüb.
Olaylar.az xəbər verir ki, hadisə nəticəsində bir erməni hərbçi ölüb, dördü yaralanıb.
Qəza İrəvan-Mehri yolunda baş verib. Belə ki, yolda "Mercedes" markalı minik avtomobili ilə Ermənistan Müdafiə Nazirliyinə məxsus "KamAZ" toqquşub.
Hadisə nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan erməni hərbçilər Qarakilsədəki (Sisian) hərbi hospitala yerləşdiriliblər.
Hazırda polis sürücülərin, ölən və yaralananların şəxsiyyətini müəyyənləşdirir. Ölən hərbçinin müqavilə əsasında xidmət keçən hərbçi olduğu bildirilir.
mənbə: Qafqazinfo
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31