Ukraynada müharibədə ölən uşaqların sayı 339-a çatdı
25 İyun 2022 11:24 DünyaRusiyanın Ukraynaya hərbi təcavüzü nəticəsində 339 uşaq ölüb, 611 uşaq isə yaralanıb.
Olaylar.az xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorluğu məlumat yayıb.
Bildirilib ki, müharibənin başladığı tarixdən - fevralın 24-dən indiyədək Ukraynada 950 uşaq müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Rusiya ordusunun bombardmanı nəticəsində 2061 təhsil müəssisəsinə ziyan dəyib, 2133-ü isə tamamilə dağılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31