Ukrayna Silahlı Qüvvələrinin şəhəri atəşə tutması zamanı Donetsk sakini ölüb

Ukrayna hərbçilərinin şəhərin Petrovski rayonunu atəşə tutması nəticəsində Donetsk şəhərinin mülki sakini ölüb.
Olaylar.az xəbər verir ki, bu barədə Donetsk meri Aleksey Kulemzin məlumat verib.
"Ukrayna silahlı birləşmələrinin mərmiləri dinc insanların həyatını almaqda davam edir. Petrovski rayonunun gecə atəşə tutulması nəticəsində Revyakina küçəsində yaşayan 1983-cü il təvəllüdlü qadın həlak olub", - o, Teleqram kanalında bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31