Gecə klubunda atışma nəticəsində 19 nəfər yaralanıb

Norveçin paytaxtı Oslonun mərkəzində yerləşən London Pub-da baş verən atışma zamanı19 nəfər yaralanıb. 
Olaylar.az xəbər verir ki, bu barədə "Aftenposten" qəzeti məlumat yayıb.
Polisin məlumatına görə, 8 nəfər xəstəxanaya yerləşdirilib, onlardan üçünün vəziyyəti ağırdır. Daha 12 nəfər yüngül xəsarət alıb və xəstəxanaya yerləşdirilməsinə ehtiyac olmayıb.
Qeyd olunub ki, naməlum şəxs insanlara atəş açıb və bu, barda təşviş yaradıb. Şübhəli cinayət yerinin yaxınlığında saxlanılıb. Hazırda istintaq həmin şəxsin yaşı və şəxsiyyəti ilə bağlı məlumatları açıqlamır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31