“Türkiyə Rusiya və Ukraynanı bir araya gətirə bilən yeganə ölkədir”- Çavuşoğlu
25 İyun 2022 10:48 Dünya"Həm Rusiya, həm də Ukrayna ilə danışa bilərik. Yanlışa yanlış, doğruya doğru deyirik. Hər iki ölkəni masa ətrafında bir araya gətirən yeganə ölkəyik".
Olaylar.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
XİN rəhbəri qeyd edib ki, bu, Ankaraya etimadın göstəricisidir.
"Rusiyanın Ukraynaya hücumunu tənqid etməyimizə baxmayaraq, qarşı-qarşıya qaldığımız və razılaşmadığımız məsələlər var. Bu, bizim prinsipial mövqeyimiz sayəsində Türkiyəyə göstərilən etimadın nəticəsidir", - xarici siyasət idarəsinin rəhbəri vurğulayıb.
mənbə: Azpost.info
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31