"Rusiyanın iddia edilən "nüvə şantajı" çaşqınlıq yaratmaya bilməz" - Mariya Zaxarova

"Rusiya heç vaxt heç kəsi nüvə silahı ilə təhdid etməyib, Moskvanın nüvə silahının hipotetik istifadəsinə yanaşması yalnız çəkindirmə məntiqinə əsaslanır".

Olaylar.az "qafqazinfo"ya istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

Bundan əvvəl Vyanada Nüvə Silahlarının Qadağan edilməsi Müqaviləsini imzalayan 86 ölkənin nümayəndələrinin birinci konfransı keçirilib. 

"İştirakçı Dövlətlərin Konfransı ərəfəsində Ukrayna münaqişəsi kontekstində "nüvə silahından istifadə ilə bağlı qarşılıqlı təhdidlər"lə bağlı verilən bəyanatlar, o cümlədən konfransın tribunasından Rusiyanın iddia edilən "nüvə şantajı" çaşqınlıq yaratmaya bilməz. Bir daha vurğulayırıq: Rusiyadan heç bir "nüvə təhlükəsi" olmayıb və yoxdur", - Zaxarova bildirib. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31