"İraklı Qaribaşvili istefa verməlidir" - Etiraz aksiyasının iştirakçıları
24 İyun 2022 22:20 DünyaBu gün Tbilisidə keçirilən etiraz aksiyasının iştirakçıları Gürcüstanın baş naziri İrakli Qaribaşvilinin istefasını tələb ediblər.
Olaylar.az Trend-ə istinadən bildirir ki, etiraz aksiyalarında minlərlə insan iştirak edir.
Etirazçıların tələblərini fəal Şota Diqmelaşvili səsləndirib:
Baş nazir İraklı Qaribaşvili istefa verməlidir.
Avropa Komissiyasının tövsiyələrini yerinə yetirəcək Milli Razılıq hökuməti formalaşdırılmalıdır.
Tələblərin yerinə yetirilməsi üçün bir həftə vaxt verilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31