Suda mikroplastik toplayan robot-balıq yaradıldı
24 İyun 2022 22:16 DünyaOlaylar.az bildirir ki, Çinin Siçuan Universitetinin alimlərindən ibarət qrup suda mikroplastikləri toplamaq üçün nəzərdə tutulmuş balıq robotu yaradıblar.
Tərtibatçıların fikrincə, bionik balıq çevikdir, ölçüsü 13 millimetrə çatır və qabıqdakı mirvari təbəqələrini xatırladan qrafen əsasında bir neçə təbəqədən ibarətdir. Lazer şüası ilə təmasda olan robot işə düşür və mikroplastikləri bədənin səthinə çəkərək toplamağa başlayır. Qurğunun hərəkət sürəti saniyədə 30 millimetrə çatacaq.
Əvvəlki layihələrdə suyu çirklənmədən təmizləmək üçün oxşar robotlar təklif edilirdi, lakin onların müxtəlif zəiflikləri var idi: onlar silikon və ya hidrojeldən ibarət idi, bu da onların asanlıqla zədələnməsinə səbəb olurdu.
azpost
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31