Film çəkilişi zamanı iki kater toqquşdu

Yunanıstan sahillərində "Mənim böyük yunan toyum" filminin aktyor və çəkiliş heyətini aparan iki kater toqquşub.

Olaylar.az bildirir ki, hadisə nəticəsində bir nəfər xəsarət alıb.

Katerlərdə ümumilikdə 16 nəfərin olduğu bildirilib. Toqquşma nəticəsində katerlərdən biri çevrilib. Digər 15 nəfərin xəsarət almadığı deyilir.

Qeyd edək ki, filmin rejissoru Nia Vardalos bir neçə gün əvvəl "Mənim böyük yunan toyum" filminin üçüncü hissəsinin çəkilişlərinin başladığını bildirmişdi.

trend

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31