G7 ölkələrindən Rusiyaya ÇAĞIRIŞ

G7 ölkələrinin xarici işlər nazirləri Moskvanı hücumları və hədələyici hərəkətləri dayandırmağa, həmçinin ərzaq ixracı üçün Ukraynanın Qara dəniz limanlarını blokdan çıxarmağa çağırıblar.

Olaylar.az xəbər verir ki, XİN rəhbərləri BMT-nin Qara dəniz marşrutunun taxıl üçün təcili açılmasına dair səylərini və Avropa Komissiyasının Aİ-Ukrayna Həmrəyliyi üzrə Fəaliyyət Planını dəstəklədiklərini bildiriblər.

G7 ölkələri Rusiyanın sanksiyalarla bağlı yalan xəbərlərini və dezinformasiyasını da rədd ediblər. Bəyanatda vurğulanır ki, G7-nin bütün sanksiyalarına Rusiya ərzaq və kənd təsərrüfatı məhsullarının dünya bazarlarına çıxmasına imkan verən istisnalar daxildir.

XİN rəhbərləri lazım olduğu müddətdə Ukraynaya hərbi və müdafiə yardımını davam etdirəcəklərini bəyan ediblər.

Bundan başqa, G7 rəsmiləri Avropa Şurasının Ukrayna və Moldovaya Aİ-yə namizəd statusu verilməsi və Gürcüstana namizəd statusu əldə etmək üçün müəyyən yol olan "Aİ perspektivi" statusunun verilməsi barədə qərarını alqışlayıblar.

azpost

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31