"Daha da dərinləşən altı sanksiya paketini təqdim etdik" - Ursula fon der Lyayen

"Rusiyaya qarşı tətbiq edilən sanksiyalar Putinlə normal münasibətləri mümkünsüz edir".

Olaylar.az xəbər verir ki, bunu Avropa Komissiyasının sədri Ursula fon der Lyayen deyib.

Onun sözlərinə görə, Rusiya iqtisadiyyatını getdikcə daha çox sarsıdan sanksiyalar səbəbindən Avropa İttifaqı indi Rusiyanın hazırkı rəhbərliyi ilə normal münasibətlərə qayıda bilmir: "Biz Rusiya iqtisadiyyatına ciddi zərbə vuran, zaman keçdikcə daha da dərinləşən altı sanksiya paketini təqdim etdik. Ona görə də Putinlə normal münasibətlərə qayıtmağımız mümkün deyil".

azpost

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31