"İnflyasiyanın kəskin artması dünən baş vermədi, bu uzun illərin nəticəsidir" - Putin
24 İyun 2022 20:47 Dünya"İnflyasiyanın kəskin artımı G7 ölkələrinin uzun illər davam edən məsuliyyətsiz siyasətinin nəticəsidir".
Olaylar.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin BRIKS sammitində çıxışı zamanı deyib.
Putin qeyd edib ki, əsas kənd təsərrüfatı məhsullarının bahalaşması ən çox inkişaf etməkdə olan ölkələri vurub.
"Bir daha vurğulamaq istəyirəm, inflyasiyanın kəskin artması dünən baş vermədi. Bu, uzun illərin nəticəsi idi. G7 ölkələrinin məsuliyyətsiz makroiqtisadi siyasətinin nəticəsi... Bu proseslər koronavirus pandemiyasının başlaması ilə sürətləndi", - Putin əlavə edib.
azpost
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31